Xəzər dənizində zəlzələ olub

10 Yanvar 2018 09:14 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yanvarın 9-da, yerli vaxtla saat 21:39-da qeydə alınıb. Yeraltı təkanlar 3,2 maqnitudada olub.

Zəlzələnin episentri 45 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.