Tovuzda qadın intihara cəhd edib

10 Yanvar 2018 09:18 (UTC+04:00)

AzNews.az xəbər verir ki, kənd sakini, 1976-cı il təvəllüdlü Kərimova Vəfa Namaz qızı sirkə turşusu içərək özünü öldürmək istəyib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadına həkimlər tərəfindən tibbi yardım göstərilərək reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumatlara görə, o, həyat yoldaşı ilə mübahisə edib və bu səbəbdən özünü zəhərləyib.

Faktla bağlı araşdırma aparılır(report).