Kosmosda boyunun 9 sm uzandığı deyilən astronavt danışdı: Səhv düşünmüşəm

10 Yanvar 2018 10:24 (UTC+04:00)

AzNews.az xəbər verir ki, yanlış düşündüyünü anlamağa ona rusiyalı kosmonavt yardımçı olub.

Yaponiyalı astronavt bu barədə özünün "Twitter" səhifəsində yazıb:

"Ekspedisiyanın komandiri rusiyalı kosmonavt Anton Şkaplerov dedi ki, 9 santimetr çox böyük rəqəmdir və mən yoxladım. Məlum oldu ki, həqiqətən mən yanılmışam. Belə ki, boyum 182 santimetr olub ki, bu da kosmosda yerdəki göstərici ilə müqayisədə 2 santimetr çox deməkdir".

O, səhvinə görə üzr istəyib (trend).