Barça Mourinya ilə bacara bilmir

3 Mart 2013 02:20 (UTC+04:00)


İspaniya La-Liqasındaa Real Madrid öz meydanında qonaq etdiyi Barselonanı 2-1 hesabı ilə məğlub etdi. Bununla da paytaxt təmsilçisi, rəqibi ilə xal fərqini 13-ə endirdi. Meydan sahiblərinin qolları 6-ci dəqiqədə Kərim Benzemadan, 82-ci dəqiqədə Serxio Ramosdan gəldi. Barselona isə bu qollardan yalnız birinə cavab verə bildi. 18-ci dəqiqədə fərqlənən Leonel Messi komandasının və özünün yeganə qoluna imza atdı.

Qeyd edim ki, Real Madrid klubunda Kristano Ronaldo, Mesut Özil və Sami Kedirə ilk 11-də yer almadılar. Buna rəğmən Madrid təmsilçisi qalib gələyi bacardı.

Real Madridin baş məşqçisi Joze Mourinyonun Barselona ilə oyunlara necə önəm verdiyi göz qabağındadır. Çempionata uğursuz başlanğıc edən və 3-cü pillədə qərarlaşan klubun son illərdə əzəli rəqibi ilə oyunda üstünlük əldə etməsi portuqliyalının bu oyunlara tam başqa prinsip ilə yanaşmasının bariz nümunəsidir.


Fərid
AzNews.az