"AİK-ə keçə bilərəm" - Tarik Elyunussi

10 Yanvar 2018 20:38 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Tarik Elyunussi deyib. İsveçin AİK klubuna keçəcəyi iddia edilən norveçli hücumçu ölkəsinin mətbuatına müsahibə verib.


- AİK-ə mümkün keçidiniz barədə nə deyə bilərsiniz?

- AİK böyük azarkeş kütləsinə malik klubdur. Stokholm da ən gözəl paytaxt hesab edilir.

- Yəni, keçidi istisna etmirsiniz?

- Xeyr.

- Bəs məsələnin axırı necə olacaq ?

- Şərqdən qərbə qayıda bilərəm. Amma hələ də “Qarabağ”la bağladığım icarə müqaviləsindən razıyam. Təəssüf ki, iki ay əvvəl zədələndim və tam gücümlə komandama kömək edə bilmədim. Digər tərəfdən “Olimpiakos”a qayıtmağıma da çox vaxt qalmayıb. Kluba ispaniyalı mütəxəssis rəhbərlik edir (Oskar Qarsiya Junyent). Eyni zamanda klub "Everton"dan Kevin Mirallası geri alıb.

- 2018-ci illə bağlı istəkləriniz nədir ?


- Zədədən qurtulmaq və mümkün qədər oynamaq istəyirəm. Ötən il zədələr ucbatından çox şans əldə edə bilmədim.