Bakıda üç avtomobil toqquşub

11 Yanvar 2018 20:17 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində Heydər Əliyev Mərkəzinin qarşısında olub.

Aeroport yolu istiqamətində hərəkətdə olan üç minik avtomobili toqquşub. Avtomobillərə ziyan dəyib.

Ölən və xəsarət alan yoxdur.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.