Putin və Ərdoğan İdlibdə baş verənləri müzakirə etdi

11 Yanvar 2018 21:06 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Rusiya qəzet və informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.

"Sizinlə görüşə gəlməzdən əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla telefon danışığımız oldu. Türkiyəli həmkarımla Suriyadakı vəziyyəti müzakirə etdik. İdlibdə baş verənləri, Suriyadakı hərbi bazalarımıza dronlarla hücumu müzakirə etdik", - deyə V. Putin bildirib.