Millimiz Antalyada daha bir yoldaşlıq oyunu keçirəcək

12 Yanvar 2018 10:51 (UTC+04:00)

AzNews.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamız yanvarın 16-da, Bakı vaxtı ilə saat 17:00-da “Alanyaspor”un U-21 komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, U-21 yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunları keçirəcək. Hər üç qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.