Zəngin adamlar gecələr harada əylənir?

3 Mart 2013 19:18 (UTC+04:00)

Həftəsonun dünyanın əksər ölkələrində istirahətin ünvanı olan gecə klubları öz populyarlığına görə bir-biri ilə rəqabətdədir. Avropa ölkələrində qeyri-adiliyinə görə seçilməyə çalışan gecə klubları müxətlif əyləncələr təqdim etməklə müştəri "ovu"na çıxırlar. Məhz buna görə də turistlərlə yanaşı, məhz həftəsonunu bu məşhur gecə klublarından birində keçirməyə həvəskarlar da müştərilərin sayını artırır.

"Cielo" - Nyu-York

Dünyanın ən məşhur gecə klubları arasında Nyu-Yorkdakı "Cielo" klubunun adı var. Bu klub öz titulları ilə öyünür, burada texno-musiqi, rəqs və əyləncə bir-birini gölgədə qoyur. Dünyanın ən məşhur DJ-ləri cəlb olunur, əlbəttə ki, böyük zəhməthaqqı müqabilində.

"Club Space" - Mayami

Mayamidəki "Club Space" xaos-musiqinin beşiyi hesab edilir. Mayaminin gecə həyatını bu klubsuz təsəvvür etmək çətindir. Artıq 10 ildən artqıdır ki, klub bütün dünyadan olan müştərilərinə xidmət edir. Klubun musiqi sistemi elə qurulub ki, rəqs edən zaman müştəriyə hətta tərpənmək belə lazım gəlmir. Musiqinin titrəyişi insan bədənini idarə edəcək səviyyədə qurulub. Bu klubda Paul
Van Dyk, Sander Van Doorn, Oskar G. и Steve Lawler
kimi məşhur DJ-lər çıxış edir.

"The Guvernment" - Toronto

Torontodakı "The Guvernment" klubu isə ən yaxşı musiqinin təqdim edildiyi məkan kimi xatırlanır.

Ancaq son zamanlar klub özü barədə təəssüratları zənginləşdirməyə çalışır. Müxtəlif mükafatların sahibi olan bu gecə klubunda MGMT, The Black Keys, Miike Snow и Band of Horses kimi dünya ulduzları çıxış edib.

"Stereo" - Montereal

Monterealdakı "Stereo" klubu da digərlərindən geri qalmır. Paul Oakenfold kimi məşhur Dj-in burda çıxış etməsi klubun giriş biletlərini 2 dəfəyə yaxın artırıb. Bu klubun divarları musiqinin daxildə əks-sədası üçün ideal seçilib, daha çox səsyazma studiyası təsiri bağışlayır.


"Watergate" - Berlin

Berlində isə məşhur gecə klublarından "Watergate"nın adı müştərilər arasında məşhurdur. Bu klub öz tərtibatı ilə yanaşı, gözəl qızları ilə də tanınır. Lazer şou klubun əyləncəsinin ayrılmaz hissəsidir.

"Zouk" - Sinqapur

Sinqapurdakı "Zouk" gecə klubu da özü barədə çox
bəhs etdirir. Bir çoxları əyləncəni məhz Sinqapurda tapacaqlarına şübhə etsələr də, klub müştəri baxımından korluq çəkmir. Üstəlik bu müştərilər dünyanın ən yaxşı gecə klubları barədə geniş təsəvvürə malik olan imkanlı şəxslərdir. Klubun devizi "Bir xalq, bir rəqs"dir.
Bu klubun adı dünyanın 100 ən yaxşı gecə məkanı arasındadır.

"Matter" və "Fabric" - London

Londona gedən əyləncə həvəskarları "Matter"i seçir.
Əlbəttə ki, buna maddi imkanı çatanlar. Gəmini xatırladan bu klub öz müştərilərinə əvəzedilməz əyləncə bəxş edir.
İki mərtəbədən ibarət olan klub müştəri tutumuna görə də öz sahəsində bir çoxlarından yaxşı mənada fərqlənir.

Londondakı başqa bir əyləncə məkanı isə "Fabric"dir.
1999-cu ildə yaranan bu məkan elektron musiqidə iz buraxıb.

Bu klubun sahibləri və kollektivi adlarını daim siyahıda yaxşılar arasında qalmasına çalışır və buna nail olurlar.

Elnur
AzNews.az