İŞİD-in “nazir”i Türkiyədə tutuldu

12 Yanvar 2018 14:12 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda Kayseri valisi Süleyman Kamçı bildirib. Onun sözlərinə görə, “nazir”lə birlikdə daha 9 nəfər tutulub.

“Adamlar Kayseriyə gələrək əkinçiliklə məşğul olurlar. Hər an hər şeyin ola biləcəyini düşünürük. İŞİD-çilər buraya gəzməyə və ya tətilə gəlmirlər. Çirkin niyyətlərlə gəlirlər”, - vali deyib.

Hazırda “nazir” və saxlanılan digər şübhəlilərin sorğusu davam edir (publika.az).