AzNews.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Globovision” məlumat yayıb.
Son məlumata görə, Kyurasao adası yaxınlığında qayığın qayaya çırpılması nəticəsində 5 nəfər ölüb, daha 16 nəfər özünü adaya çatdıra bilib. Hadisə zamanı qayıqda 30 nəfər olub.
Digər 9 şəxsin taleyi hələlik məlum deyil.
Qayıq sahildə qayaya toxunaraq parçalanıb.