Ağır yol qəzası nəticəsində 5 nəfər ölüb

13 Yanvar 2018 09:47 (UTC+04:00)

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, hadisə Çita-Zabaykalsk-Çin sərhədi avtomagistralında, Xaranor qəsəbəsi yaxınlığında qeydə alınıb.

“Toyota Mark” markalı minik avtomobili ilə “SsangYong Istana” mikroavtobusunun toqquşması nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb. İlkin ehtimala əsasən, qəzaya “Toyota”nın sürücüsünün ötmə əməliyyatı edərkən qarşı zolağa çıxması səbəb olub.

AzNews.az