Rusiyada qidadan kütləvi zəhərlənmə olub

13 Yanvar 2018 10:44 (UTC+04:00)

AzNews.az "RİA Novosti"yə istinadən xəbər verir ki, yerli kafelərin birində eyni gündə ayrı-ayrı vaxtlarda nahar edən 46 nəfərin halı pisləşib.

Onlar xəstəxanada müayinə edildikdən sonra məlum olub ki, kütləvi zəhərlənməyə səbəb salmonellez infeksiyası olub.

Zəhərlənənlərdən 8 nəfər yeniyetmədir.