AzNews.az xəbər verir ki, bu barədə “Futbol Liks” informasiya yayıb.
Məlumata görə, Messi yeni müqaviləsinə əsasən futbol tarixində heç bir futbolçunun qazanmadığı qədər - 104 milyon avro qazanacaq. Vergilərin çıxılmasından sonra isə Messi 50 milyon avrodan bir qədər çox qazanır ki, bu da öz növbəsində dünya rekordu sayılır.
Qeyd edək ki, PSJ-nin braziliyalı futbolçusu Neymarın gəliri 36.8 milyon avro, “Şanxay Şenxua”da forma geyinən Karlos Tevezin illik gəliri isə 38 milyon avro təşkil edir (axar.az).