Mövqelərimiz atəşə tutulub

4 Mart 2013 08:27 (UTC+04:00)



Müdafiə Nazirlyindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun işğal olunmuş Çaylı və Göyarx, Füzuli rayonunun Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az