İmişlidə avtomobilin vurduğu piyada ölüb

13 Yanvar 2018 12:21 (UTC+04:00)

AzNews.az xəbər verir ki, apa-nın məlumatına görə, “Mercedes” markalı avtomobil rayonun Yalavac kənd sakini, 1958-ci il təvəllüdlü Dəmirov Zahid Məşdi oğlunu vurub.

Ağır xəsarət alan Z.Dəmirov xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.