Lənkəranda evin damından yıxılan şəxs ciddi xəsarət alıb

13 Yanvar 2018 13:37 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hadisə rayonun Osaküçə kəndində baş verib.

Belə ki, kənd sakini 1973-cü il təvəllüdlü Cəfərov Valeh Fərman oğlu evin damında təmir işi görən zaman, ehtiyyatsızlıqdan yerə yıxılıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan C.Valehə sağ qol sümüyünün sınığı və yeddinci döş fəqərəsinin sınığı diaqnozları qoyulub.

O, xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib(report).