Goranboyda ev yandı

13 Yanvar 2018 14:09 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 150 m2 olan ikimərtəbəli 7 otaqlı evin birinci mərtəbəsində yerləşən otağın tavanı 40 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​