Məktəbliləri daşıyan qayıq aşdı - Ölənlər var

13 Yanvar 2018 14:19 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Hindistanın ANI agentliyi məlumat verib. Səhər saatlarında Hindistanın Maharaştra ştatının qərb sahilində yerləşən Dahanu şəhərində baş verən hadisə nəticəsində azı 4 məktəbli həlak olub. Agentliyin verdiyi məlumata görə, hadisə zamanı qayıqda 40 məktəbli olub, onlardan 25 nəfəri xilas edilib.

Hazırda hadisə ərazisində axtarış-xilasetmə əməliyyatları aparılır.