Hərbi gəmidə yanğın - 11 əsgər zəhərləndi

13 Yanvar 2018 15:22 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hərbi gəminin qazan otağında elektrik kabellərinin toqquşması nəticəsində yanğın başlayıb. Tüstüdən zəhərlənən 11 əsgər xəstəxanaya çatdırılıb. Hadisəni görən növbətçi əsgərlər müdaxilə edib və yanğın söndürülüb.