AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, 54 Afrika ölkəsinin Birləşmiş Millətlər Təşkilatında (BMT) olan səfirləri ABŞ prezidenti Donald Trampın bəzi Latın Amerikası və Afrika ölkələrindən gələn immiqrantlar haqqında etdiyi təhqir dolu sözləri üçün üzr istəmələrini tələb edib.
BMT-də təmsil olunan Afrika qrupunun 54 ölkəsinin səfirləri ABŞ prezidenti Donald Trampın Afrika köçkünləri ilə bağlı dediyi sözlərinə görə Nyu-Yorkda fövqəladə toplantı keçirib. Yığıncaqdan sonra Trampı qınayaraq ortaq bir bəyanat yayımlanıb.
Təqdim edilən bəyanatda, Trampın Ağ Evdəki toplantıda bəzi Latın Amerikası və Afrika ölkələrindən gələn immiqrantlar haqqında işlətdiyi "iyrənc ölkələrdən gəlirlər" ifadəsində onun davakar və irqçi olduğunu biruzə verməsi və onun bu hərəkətinin qəti şəkildə qınandığı bildirilib.
Məsələ ilə bağlı Afrikadakı ABŞ səfirləri xarici işlər nazirliyinə çağırılıb.