Ukraynada qızılca xəstəliyi epidemiya halını alıb

13 Yanvar 2018 19:57 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, 2017-ci ildə Ukraynada 4782 nəfər qızılca xəstəliyinə tutulub. Həmin il qızılcadan 5 nəfər ölüb, onlardan 3-ü uşaqdır.

Bu ilin 13 günündə isə artıq 1000 nəfərdən çox insan qızılca xəstəliyinə yoluxub, bir uşaq ölüb.

Təkcə paytaxt Kiyev şəhərində 100-ə yaxın insan qızılcaya tutulub, onlardan 60-a yaxını uşaqdır.