Şəhriyar Məmmədyarov ilin ilk yarışına heç-heçə ilə başladı

13 Yanvar 2018 21:10 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, 33 yaşlı qrossmeyster Masters kateqoriyası üzrə ilk turda qara fiqurlarla oynayıb.

Onun ilk rəqibi ABŞ təmsilçisi Uesli So olub. Görüş 29-cu gedişdə heç-heçə ilə yekunlaşıb - 0,5:0,5.

Yanvarın 28-dək davam edəcək yarışda 14 şahmatçı mübarizə aparır.