“Real Madrid” “Vilyareal”a məğlub oldu

13 Yanvar 2018 23:40 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, yeganə qolu 87-ci dəqiqədə Pablo Fornalyes vurub.

Bu qələbə sayəsində xallarını 31-ə çatdıran “Vilyareal” 5-ci pilləyə yüksəlib. Ardıcıl üçüncü qarşılaşmada qol vura bilməyən "Real Madrid" isə 32 xalla 4-cü yerdə qərarlaşıb. Zinəddin Zidanın baş məşqçisi olduğu komanda bir oyun az keçirib. Turnir cədvəlinə 48 xalla “Barcelona” başçılıq edir.