Tbilisi aeroportunun fəaliyyəti bərpa olundu

14 Yanvar 2018 00:00 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, aeroportda uçuşlar plan üzrə qəbul olunub, yola salınır.

“Buta Airways” şirkətinin Bakı-Tbilisi reysini yerinə yetirən təyyarəsi cədvəl üzrə saat 23:10-da Tbilisi hava limanına enib.

Qeyd edək ki, qatı duman səbəbindən axşam saatlarında Tbilisi aeroportunda reyslərin yerinə yetirilməsi ilə bağlı ləngimələr yaranmış, bir neçə aviareys isə ləğv olunmuşdur.