Azərbaycanda Anatomiya Muzeyi yaradılıb

14 Yanvar 2018 10:46 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Universitetdən Trend-ə verilən məlumata görə, muzeyin açılışı Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi münasibətilə ATU-nun İnsan anatomiyası kafedrası tərəfindən təşkil olunub. Bu kafedranın yaranma tarixi məhz Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir.

ATU-nun insan anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinski ilk belə muzeyin hələ Hippokratın zamanında yaradıldığını söyləyib.