Fransada pianoçu İsfar Sarabskinın konserti baş tutdu

14 Yanvar 2018 11:32 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, konsert Azərbaycanın Fransadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə baş tutub.

Azərbaycanlı pianoçunun ifa etdiyi “G-Man”, “Planets”,"Edge” və digər bəstələri konsert iştirakçılarının gurultulu alqışları ilə qarşılanıb. Onu basda Morizio Kongiu, zərb alətlərində Patrik Qoraguer müşayiət ediblər.

İsfar Sarabski İsveçrə, Norveç, Fransa, Rusiya və Gürcüstanda keçirilən festivallarda iştirak edib. 2009-cu ildə Montrö Caz Festivalının qalibi olub. 28 yaşlı musiqiçi “Novruz”, “G-Man”, "Generation”, "Edge”, ”Deja Vu”, “Last Chance”, “Agent”, “Now I’m Here”, “Buta”, “In Memory of V. Mustafazade” və digər əsərlərin müəllifidir.