Türkiyədə sərnişin təyyarəsi dərəyə aşdı - Video

14 Yanvar 2018 11:42 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə bazar günü yerli televiziya məlumat yayıb.

Bildirilir ki, təyyarə Ankaradan Trabzona uçub. Qəzanın səbəbləri barədə məlumat verilmir.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Təyyarənin göyərtəsində 162 sərnişin və 6 heyət üzvü olub. İnsanlar xilasedici pilləkanlar vasitəsi ilə təxliyyə edilib.