Göyçayda 24 yaşlı gənc bıçaqlandı

14 Yanvar 2018 13:48 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində baş verib. Kənd sakini, 1994 -cü il təvəllüdlü Yusifzadə Ulvi Yaşar oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və təcili əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.