Sumqayıtda 1 yaşlı uşağın üzərinə qaynar su dağılıb

14 Yanvar 2018 17:44 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 7-8-12-ci birləşmiş məhəlləsində baş verib.

Sumqayıt şəhər sakini, 2016-cı il təvəllüdlü Harun Kənan oğlu Rzayevin üstünə ehtiyatsızlıqdan qaynar su dağılıb. Azyaşlı II dərəcəli yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.