Avtomobil aşdı - Ölən və yaralananlar var

15 Yanvar 2018 09:10 (UTC+04:00)

"Report" xəbər verir ki, hadisə Abşeron rayonunda qeydə alınıb.

Belə ki, Şamaxı rayonundan Bakıya gələn "Vaz" markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində Abşeron rayonu ərazisində yol kənarına aşıb. Nəticədə minik maşınında olan sərnişin - 1990-ci il təvəllüdlü Əliyeva Yasəmən Qorxmaz qızı ölüb. 1992-ci il təvəllüdlü Əhmədov Məhəmməd Rəşid oğlu və 1990-ci il təvəllüdlü Səfərov Mərhəmət ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Qəza ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

AzNews.az