Bağdadda partlayış - Ölənlər var + Yenilənib

15 Yanvar 2018 11:01 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat katibi general-leytenant Saad Maan bu gün hava limanında partlayışın tikinti işçilərinin toplandığı yerə 2 partlayıcı qurğu quraşdırılmış avtomobil vasitəsilə törədildiyini qeyd edib. Ölənlərin sayının artacağı bildirilir.

***

09:53

Bu gün səhər saatlarında Bağdadda iki partlayış baş verib.

AzNews.az xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 24 nəfər isə yaralanıb. Bu barədə “Sinxua” agentliyi İraq Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.