İnterdən möhtəşəm geri dönüş

4 Mart 2013 09:33 (UTC+04:00)


İtaliya A Seriasında 27-ci tur çərçivəsində Kataniya İnteri qonaq edib. Oyuna sürətli hücümlarla başlayan ev sahibi Berqessionun 7-ci dəqiqədə vurduğu qol ilə 1-0 önə keçdi. 2-ci qol isə 19-cu dəqiqədə Marçesedən gəldi-2-0.

2-ci hissədə İnterin baş məşqçisi Stramaççioni, qolçusu Rodriqo Palasionu oyuna daxil etdi və matçin talehini dəyişdi.

Hissəyə çox yaxşı başlayan İnter 52-ci dəqiqədə Rikardo Alvarezin qolu ilə fərqi birə endirdi. 70 və 90-ci dəqiqələrdə isə oyuna 2-ci hissədə daxil olan Rodriqo Palasio komandasının qolarına imza atdı və İnterə qələbə qazandırdı. Beləliklə, oyun 2-3 hesabı ilə İnterin qələbəsi ilə yekunlaşdı.

Fərid
AzNews.az