Filippinin ən böyük vulkanı oyandı - partlayış ola bilər

15 Yanvar 2018 15:05 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, Vulkan və Seysmoloji İnstitutunun rəhbəri Renato Solidum bildirib ki, yanardağ ötən şənbədən etibarən kül püskürtməyə başlayıb və kənar kəndlər küllə örtülüb. Növbəti bir neçə həftə ərzində güclü partlayış gözlənilir.

Rəsmilər təxminən min ailənin təhlükəsiz ərazilərə evakuasiya edildiyini açıqlayıb(qaynarinfo).