“Bizim vəzifəmiz dünyaya gəlməmiş bu ordunu boğmaqdır” - Ərdoğan

15 Yanvar 2018 16:50 (UTC+04:00)

AzNews.az Ria Novosti-yə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada çıxış edərkən bildirib ki, indi Türkiyə sərhədlərinə yaxın olan ərazidə Amerika Türkiyənin təhlükəsizliyini təhdid edən terrorçu bir ordu yaradır: "Bizim vəzifəmiz dünyaya gəlməmiş bu ordunu boğmaqdır. ABŞ bu vəhşi canlılarla əməkdaşlıq etmək istəyirsə, bu onların işidir, amma biz buna icazə verməyəcəyik. Bizim müttəfiqlərimizə söylədiyimiz budur ki, terrorçularla aramızda durmayın, yoxsa ortaya çıxan nəticələrə görə biz məsuliyyət daşımayacağıq".

Onun sözlərinə görə, Türk ordusu Afrikada Suriya kürdlərinin özünü müdafiə qüvvələrinin mövqelərini bombalamağa davam edəcək: "Silahlı Qüvvələrimiz yaxın gələcəkdə Afrikadakı problemi ümidlə həll edəcək, əməliyyat hər an orada başlaya bilər".