“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu haqda Qərb dövlətlərinin aviasiya xdimətləri məlumat yayıb.
Şotlandiyadan şərqdə Rusiyanın “Tu-160” strateji bombardmançı təyyarəsinin radiodanışığı qeydə alınıb. Bundan sonra Belçikanın 2 “F-16” qırıcısı və Fransanın “C-135FR” Stratotanker” yanacaqdolduran-təyyarəsi havaya qaldırılıb.
Britaniya Hərbi Hava Qüvvələri komandanlığı Rusiya təyyarələrinin “tutulması” ilə bağlı əməliyyatın həyata keçirilməsi xəbərini təsdiqləyib.
AzNews.az