İlham Əliyev Baş nazir ilə görüşdü - Fotolar

15 Yanvar 2018 17:11 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisovu qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Görüşdə ikitərəfli siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. Bolqarıstanın Baş nazirinin Azərbaycana səfərinin əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub, ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.