Kanar adaları yaxınlığında qayıq batdı, 7 miqrant öldü

15 Yanvar 2018 19:52 (UTC+04:00)

AzNews.az RİA Novosti-ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 7 nəfər ölüb.

Məlumata görə, rezin qayıqda 27 nəfər olub. Onlardan 20-si xilas olub, 2 nəfərə tibbi yardım göstərilib.

Beynəlxalq Miqrasiya təşkilatının hesablamalarına görə, 2017-cı ildə Avropaya 171 min miqrant daxil olub. Ötən il 3 mindən çox insan qeyri-qanuni yolla Avropaya keçməyə cəhd edərkən Aralıq dənizində həyatını itirib.