AzNews.az xəbər verir ki, plovun hazırlanmasında vilayətin 46 tanınmış aşpazı iştirak edib.
"Ötən ilin payızında 7360 kiloqram ağırlığında plov hazırlayan Daşkənd aşbazlarının rekordunu qırdıq", - deyə aşpazlar bildirib.
Plovu hazırlamaq üçün keçən il Daşkənddə içərisində plov hazırlanan meqa-qazan Surxandərya vilayətinə aparılıb. Qazan isə Almalık Dağ-Mədən Kombinatında çuqundan hazırlanıb, diametri 4,2 metr, ağırlığı 7 tondur.
Surxandərya aşpazları isə rekordu təzələyiblər, ancaq 8 ton ağırlığında plovun Rekordlar Kitabına düşüb-düşməyəcəyi haqda məlumat yoxdur.
Plov vilayətdəki hərbi hissələrə, internat məktəblərinə, uşaq evlərinə, əlillərə və aztəminatlı ailələrə paylanıb.