29 avroluq reysin ilk sərnişinləri deputatlar oldu - Bakı - Sofiya

16 Yanvar 2018 10:56 (UTC+04:00)

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Bolqarıstan Xalq Məclisinin Azərbaycanla dostluq qrupu sədrinin dəvəti ilə baş tutacaq səfər zamanı millət vəkilləri Bakı ilə Sofiya arasında ilk birbaşa hava reysindən istifadə edəcəklər.

Deputatlarımız Bolqarıstan parlamentində həmkarları ilə bir sıra görüşlər keçirəcəklər. Tərəflər ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi, parlamentlərarası əməkdaşlığın inkişafı və digər məsələlər barədə fikir mübadiləsi aparacaqlar. Səfər yanvarın 19-da başa çatacaq.

Qeyd edək ki, Bakı-Sofiya-Bakı aşağıbüdcəli hava uçuşlarını “Buta Airways” aviaşirkəti həyata keçirir. Bakı-Sofiya istiqaməti üzrə minimal tarif, aviaşirkətin digər istiqamətlərində olduğu kimi, 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə bir dəfə olmaqla, həftənin ikinci günləri baş tutacaq.

AzNews.az