Bağlardan birinə Müslüm Maqomayevin adı verildi

16 Yanvar 2018 15:29 (UTC+04:00)

Trend-in məlumatına görə, bu barədə qərar Moskva meri Sergey Sobyanin tərəfindən qəbul olunub.

Merin müavini Leonid Peçatnikov bildirib ki, 2011-ci ildə bu kiçik parkın yaxınlığında M.Maqomayevin abidəsi qoyulmuşdu. 2017-ci ildə isə bağın yaxınlığında, məşhur müğənninin yaşadığı evdə onun şərəfinə xatirə lövhəsi açılıb.

Qeyd edək ki, bu park Azərbaycanın Rusiyadakı səfirliyinin qarşısında yerləşir.

AzNews.az