Klaus Yohannis müvəqqəti Baş nazir təyin etdi

16 Yanvar 2018 17:30 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Rumıniya Konstitusiyasına görə, Prezident hökumətin hər hansı bir üzvünü müvəqqəti Baş nazir vəzifəsinə təyin edə bilər. Müvəqqəti Baş nazir səlahiyyətlərini Yeni hökumətin formalaşmasına kimi ən çox 45 gün icra etmək olar.

Qeyd edək ki, Rumıniyanın hakim Sosial-Demokrat Partiyasının icraiyyə komitəsi Baş nazirin siyasi dəstəkdən məhrum edilməsinin lehinə səs verib. Nəticədə Baş nazir Mixay Tudose istefa verdiyini bəyan edib.