AzNews.az xəbər verir ki, Nazarbayev ABŞ prezidenti Donald Tramp ilə görüşüb və Qazaxıstanın 7,5 milyard dollarlıq Amerika məhsulları almağa hazır olduğunu açıqlayıb. Tramp da öz növbəsində Qazaxıstana ixracın ABŞ-da yeni iş yerlərinin sayını artırmasına imkan verdiyini qeyd edib.
Qazaxıstanın baş nazirinin mətbuat xidmətindən verilən məlumata görə Nazarbayevin ABŞ-a səfəri çərçivəsində 20-dən çox müqavilə imzalanıb.