“Mən İlhamə Quliyevanı təriflədikcə, o məni pisləyirdi”

17 Yanvar 2018 15:33 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sözləri açıqlması zamanı ARB TV-nin "Səhər-səhər" proqramına qonaq olan xalq artisti Brilliant Dadaşova deyib.

Həmkarından söz açan sənətçi, maraqlı açıqlamalar verib:

"Mən onu təriflədikcə, o məni pisliyirdi. Ona görə də belə fikirləşirəm ki, heç kəs heç kəsi pisləməsin. Vallah, 5 günlük dünyadır. O vaxtı verilişimdə İlhamə xanımı təriflədim. Proqram bitdikdən sonra, kanalın böyüyünün yanına gedib deyib ki, neynirsən e bu verilişi, bağla getsin".