Türkiyədə hərbi təyyarə qəzaya uğradı - Ölənlər var

17 Yanvar 2018 16:26 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Əskişəhərdən qalxan CASA tipli təlim təyyarəsinin Yalvaç və Çay qəsəbələri arasında qəzaya uğraması nəticəsində 2 pilot və 1 texniki işçi həlak olub.

Təyyarənin qalxmasından qısa müddət sonra radardan itməsi nəticəsində əraziyə xeyli sayda xilasedici qrup sövq edilib. Hadisə yerinə çatan xilasedicilər təyyarənin dağıntıları ilə rastlaşıb. Təyyarənin qəzaya uğramasına səbəb kimi qatı duman göstərilir.

Qəzaya uğrayan təyyarənin CASA tipli CN 235 yük təyyarəsi olduğu bildirilir.