“Bitcoin”in qiyməti 10 min dollardan aşağı düşdü

17 Yanvar 2018 19:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu, “Coindesk” portalındakı rəqəmlərdə öz əksini tapıb.

Belə ki, 2017-ci ilin noyabrından bəri ilk dəfə bu gün “Bitcoin”in qiyməti 9,707 dollara enib. Ötən ilin dekabrında isə “Bitcoin” rekord həddə - 20 min dollara qədər bahalaşıb.

Qeyd edək ki, Çin və Cənubi Koreyanın “Bitcoin”lə əməliyyatların aparılmasını məhdudlaşdırmaq və ya qadağan etmək istəyi ilə bağlı yayılan xəbərlər bu kriptovalyutanın ucuzlaşmasına səbəb olub.