Türkiyə sərhədlərində terrorçu ordunun yaradılmasına imkan verməyəcək...

17 Yanvar 2018 23:23 (UTC+04:00)

AzNews.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən toplantının yekunlarına dair qəbul edilən bəyanatda deyilir.

Sənəddə bildirilir ki, ölkənin sərhədləri, Türkiyə vətəndaşlarının və region əhalisinin təhlükəsizliyini təmin etmək məqsədi ilə ilk mərhələdə Suriyanın qərbindən təhdidlərin qarşısını almaq üçün təcili və qəti addımlar atılacaq.

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həftə ərzində Suriyanın Mənbic və Afrin bölgələrində YPG qüvvələrinə qarşı əməliyyatın keçirilə biləcəyini bəyan edib.