Dünən axtarışda olan 27 nəfər saxlanılıb

18 Yanvar 2018 09:26 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.