“160” motosikletlə toqquşdu - Ölən var

18 Yanvar 2018 13:40 (UTC+04:00)

AzNews.az DİN-ə istinadən xəbər verir ki, yanvarın 18-də saat 1 radələrində Xəzər rayonunun Binə qəsəbəsində qəsəbə sakini Tural Mürsəlzadə idarə etdiyi “Zontes” markalı motosikleti qarşıda gedən Nurlan Məmmədovun 160 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusa vurub. Nəticədə T.Mürsəlzadə hadisə yerində ölmüş, sərnişini, Bakı şəhər sakini Rövşən Qurbanova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.