“Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər”

18 Yanvar 2018 16:32 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir, bunu Fransanın Yerevandakı səfiri Conatan Lakot deyib.

O bildirib: “Münaqişənin həllinə yönəlmiş istənilən görüş bizim üçün arzuolunan və gözləniləndir. Bu məsələ yalnız danışıqlar yolu ilə həll edilə bilər”.

Qeyd edək ki, bu gün Polşanın Krakov şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə, daha sonra isə erməni həmkarı Edvard Nalbandyanla görüşü keçirilib.